Sabirabadda sahibsiz tikilidən silah-sursat tapıldı

  • By admin
  • 15 Sentyabr 2021 14:14

Sabirabadda silah-sursat aşkarlanıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən Güdəcühür kəndi ərazisində yerləşən sahibsiz tikilidən “RPQ-71N1” markalı qumbaraatan, “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info