Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ

  • By admin
  • 06 May 2021 19:45

Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, Sabirabad şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi qızı sirkə turşusu zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının hansı səbəbdən sirkə turşusu içməsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info