
Sabirabadda “Volvo” markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb.
Gununsesi.info xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
“Volvo” markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb.
Nəticədə sürücü, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1966-cı il təvəllüdlü Saleh Nadir oğlu Abışov müxtəlif dərəcəli xəsarətlər alıb. Sürücü Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info