Sabirabadda “VAZ 21015”lə “KamAZ” toqquşub: ÖLƏN CƏ YARALANAN VAR

  • By admin
  • 10 Aprel 2017 07:13

kamaz minik masini toqqusma

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Belə ki, Gununsesi.info xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə magistralının 16-cı kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində “VAZ 21015” markalı “18 AA 237” dövlət nömrə nişanlı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü, Şirvan sakini, 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlu hadisə yerində ölüb. “VAZ”-da olan sərnişin, Şirvan sakini, 1984-cü il təvəllüdlü Musayev Elvin Mirzağa oğlu kəllə-beyin travması ilə Şirvan Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı informasiyada deyilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Gununsesi.info