Sabirabadda “VAZ”ın radar dirəyinə çırpılması nəticəsində polis əməkdaşı ölübYENİLƏNİB

Sabirabadda “VAZ”ın radar dirəyinə çırpılması nəticəsində polis əməkdaşı ölüb


Sabirabad rayonunda qəza nəticəsində ölən və xəsarət alan şəxslərin polis əməkdaşları olduğu müəyyənləşdirilib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu, xəsarət alan isə polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.

Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub.

**** 20.37

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info

COMMENTS