
Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, gecə saatlarında VAZ 2107 markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 1951-ci il təvəllüdlü Sabirabad şəhər Yadulla Paşa oğlu Rəsulov ağır xəsarət alıb.
Yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info