Sabirabadda “Xaş-xaş 2016” əməliyyatı - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 15 İyun 2016 11:59

Sabirabad  0

Sabirabadda həyətyanı sahəsində xaş-xaş bitkisi becərən vətəndaş polis əməliyyatı tərəfindən açkar edilib. Gununsesi.info xəbər verir ki, xaş-xaş 2016” tədbirlər planı əsasında Sabirabad rayon Polis şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış  tədbirləri həyata keçirib. Əməliyyat tədbirləri nəticəsində rayonun Surxayabad kənd sakini Şirxan Həşimovun yaşadığı fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış  zamanı Şirxan Həşimovun həyətində 130 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Aqrotexniki qaydada becərilmiş çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq qablaşdırılıb.Saxlanılan Şirxan Həşimov törətdiyi cinayəti boynuna alıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Sabirabad  7

 

Sabirabad  6

 

Sabirabad  4

 

Sabirabad  9

 

Sabirabad  5