Sabirabadda yanğın baş verdi

  • By admin
  • 09 İyul 2022 19:12

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Türkədi kəndində ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 260 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 5 m² sahədə qarsalanıb. Talvarın və köməkçi tikilinin qalan hissəsi, bitişik ümumi sahəsi 25 m² olan digər köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info