Sabirabadda fərdi yaşayış evi yanıb.
Gününsəsi.info xəbər verir ki,hadisə saat 11 radələrində rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini Vidadi Yusifova məxsus evin dam hissəsində yanğın başlayıb. Alov qısa müddətdə güclənərək evi cənginə alıb.Hadisə yerinə dərhal Sabirabad rayon yanğından mühafizə xidmətinin iki ədəd texnikası və canlı qüvvəsi cəlb edilib.Alov söndürülüb ümumi sahəsi 192 kvadrat metr olan evin dam örtüyünün 75 kvadrat metr hisssəsi yanıb. Evin 4 otaq bir mətbəxi və evdə olan bir çox əşyalar yanğından xilas edilib.Hazırda yangının daha deqiq hansi səbəbdən baş vermesi arasdırılır.
Gununsesi.info