Sabirabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Yaxadəllək kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub.
Qəza nəticəsində Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Bayramova Günel Eldar qızı və Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Səmədova Gülnar Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info