Sabirabadda yol qəzasında 2 nəfər yaralanıb

Sabirabadda yol qəzasında 2 nəfər yaralanıb


Sabirabadda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cavad kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək dəmir-beton dirəyə çırpılıb. Nəticədə rayonun Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılov və digər 1 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS