Şabranda 50 hektar ərazi yandı

  • By admin
  • 13 Sentyabr 2016 19:30

y

 

Şabran rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Leyti kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 45 ha sahədə kol-kos və 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info