Şabranda ağır yol qəzası baş verib

  • By ilhame
  • 09 Fevral 2024 22:24

Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə Ülkər Məcidova və İlyas Məmmədov xəsarət alıblar.

 

Onlar xəstəxanaya yerləşdiriliblər.

 

Hazırda fakt araşdırılır.

Gununsesi.info