
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanğın Şabran meşəbəyliyinin Pirəbədil meşə sahəsinin 14 saylı meşə dolayının 3 hektara yaxın ərazisini əhatə edib.
Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Gununsesi.info