Şabranda yol-nəqliyyat hadisəsi baş verib

  • By ilhame
  • 19 İyul 2024 13:49

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, yük maşını (TIR) yolda hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə olan VAZ-21099 markalı minik avtomobilinə arxadan çırpılıb.

 

Hadisə zamanı avtomobildə olan Tərtər rayon sakinləri – 1975-ci il təvəllüdlü Eldar Məmmədəli oğlu Əliyev, 1984-cü il təvəllüdlü Aygün Rəhbət qızı Əliyeva, 2007-ci il təvəllüdlü L.Əliyeva, 2008-ci il təvəllüdlü E.Əliyev, 2010-cu il təvəllüdlü H.Heybətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar. Onların Xaçmaza istirahətə getdikləri bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info