Bakının Sabunçu rayonunda qəza baş verib. Gununsesi.info xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb. Baş verən zəncirvari qəzada 3 minik avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları və yanaşı təcili yardım briqadaları cəlb olunub. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, baş verən qəza ilə bağlı xəstəxanaya gətirilən 49 yaşlı Hüseynova Leyla, 21 yaşlı Hüseynova Nərgiz, 27 yaşlı Qocayev Bəxtiyar, 26 yaşlı Orucov Zamin və 27 yaşlı Şirinov Fuada dərhal müdaxilə edilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində xidmət aparan yol polisi əməkdaşlarının verdiyi məlumata görə, qəzaya ilkin səbəb kimi, yola dağılan avtomobil yağının səbəb olması göstərilir. Belə ki, aeroport yolunun Bülbülə kəndinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.info