Bakının Sabunçu və Xəzər rayonlarının bir hissəsində mayın 25-də səhər saat 9.00-dan etibarən təbii qazın verilişində fasilələr yaranacaq. Gununsesi.info-nun məlumat görə, qaz xətlərində müəyyən işlər görüləcək.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 25 may Çərşənbə günündə Bakı ərazisindəki rayonlarda təbii qazın verilişində fasilələr olacaq. Məhdudiyyətlər aşkar olunmuş qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədardır. İşlər yekunlaşdıqdan dərhal sonra təbii qazın verilməsi bərpa olunacaq.