Sabunçuda 2 nəfər su quyusunda boğuldu

  • By admin
  • 08 Sentyabr 2016 16:30

quyu

Bakı şəhərində iki nəfərin ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş verib. 

HTML tutorial

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyi FHN-dən bildiriblər. Məlumata görə, Sabunçu rayonunda 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıblar.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki ki, 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlu və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviç dərinliyi təxminən 20 m olan su quyusuna düşüb və havasızlıqdan vəfat ediblər.

Elşad İbrahimovun və Anatoliy Doktorovun cəsədi quyudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Anar

Gununsesi.info