
Bakıda yanğın hadisəsi baş verib.Gununsesi.info FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 330 m2 olan birmərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info