Sabunçuda kütləvi dava - iki nəfər bıçaqlanıb

  • By admin
  • 21 Dekabr 2016 11:35

bicaq

Ötən gecə Sabunçu rayonunda qanlı hadisə baş verib. Hadisə zamanı iki nəfər bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində qeydə alınıb. Adı çəkilən küçədən iki nəfər 19 yaşlı Fərid Quliyev və onun həmyaşıdı Vüqar Zeynalzadə bıçaq xəsarətləri ilə xəstəxanya gətirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan dərhal əməliyyat götürülüb. Həkimlər səyi nəticəsində yaralıların həyatı xilas edilib. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralıların vəziyyəti ağır olduğundan onları ifadəsini almaq mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Gununsesi.info