Sabunçuda mərasim keçirilməsinin qarşısı alınıb

  • By admin
  • 30 Avqust 2020 16:18

Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilmiş və onlar ərazidə xidmət aparan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. 

Sabunçu RPİ-dən Gununsesi.info-ya verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.

 

 

Gununsesi.info