Sabunçuda sərnişin avtobusunun vurduğu qadın öldü

  • By admin
  • 26 Dekabr 2016 09:12

105

Bakıda sərnişin avtobusu 45 yaşlı qadını vuraraq öldürüb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qizi yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır.

Gununsesi.info