Sabunçuda yaşlı qadının meyiti tapıldı

  • By admin
  • 19 Avqust 2021 17:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info