Sabunçuda yol bərbad haldadır – FOTO

  • By arzu
  • 25 Noyabr 2019 16:03

Bakının Sabunçu rayonunda yol bərbad vəziyyətdədir.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin sakinləri yolsuzluqdan əziyyət çəkir.

Sakinlər bildirir ki, şəhərciyin giriş hissəsinə yol çəkilsə də, daxili küçələr bərbad haldadır. Dəfələrlə aidiyyəti qurumlara, eləcə də, Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətinə baxılmayıb.

Yolla bağlı problem qış aylarında daha aktual olur. Bir neçə gündür yağan yağış onların gediş-gəlişində çətinliklər yaradıb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, yol problemini onlar həll etmir:

“Yolları İcra Hakimiyyəti çəkmir. Bunun bizə dəxli yoxdur”.

 

 

 

 

 

Gununsesi.org