İcra başçısı vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur. İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər.
Vəkilin “sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualına Vəliyev belə cavab verib: “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız…”.
Vəliyev vurğulayıb ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: