Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017

12 Avqust 2017 - 19:35

Saç tökülməsinin səbəbləri və müalicəsi

sac-dokulmesini-onleme-yollari-nelerdir-1

Statistikaya görə saçın tökülməsi tez-tez kişilər üçün problemdir, amma qadınlar bununla daha çox rastlaşır.

Saçların tökülməsi orqanizmdə hər hansı bir xəstəlik və ya pozulmanın ilk əlamətlərindən biri ola bilər. Buna görə də, müalicəni başlamazdan əvvəl səbəbini tapmaq lazımdır.

Qadınlarda saçın tökülmə səbəbləri
Anagen alopesiya

Saçların belə itkisi qəfildən baş verir, bə bu əksər hallarda güclü kimyəvi və ya narkotik prepatların təsirindən, həmçinin radiasiyadan əmələ gəlir. Adətən, müalicə başa çatanda və dərmanların qəbul edilməsi bitəndən sonra saç artımı bərpa olunur, və saçın qlobal tökülməsi kəsilir.

Telogen dazlaşma

Telogen dazlaşmanın səbəbləri bunlar ola bilər:

1. Hormonal mühitin dəyişilməsi

Bu cür saçın tökülməsi hormonal mühitin dəyişilməsi zamanı baş verir. Və həmçinin, stress nəticəsində, plazmada zülal səviyyəsinin azalması və qan itkisi nəticəsində arta bilər.
2. Sağlamlıqla bağlı problemlər

Saçın tökülməsi aşağıdakı hallar baş verəndə başlaya bilər: xeyli qan itkisi, kəskin infeksiya, yüksək istilik, keçirilmiş travma və ya cərrahiyyə, sərt pəhriz və ya düzgün olmayan qidalanma nəticəsində.

Həmçinin saçın tökülmə səbəbləri aşağıdakilar ola bilər: uzun müddət dərmanların qəbulu (sitostatik, retinoid, antikoaqulent, antikonvulzanlar və s.), orqanizmdə sink və dəmir çatışmazlığı, eləcə də xroniki xəstəliklər (sədəf, hepatit, romatoid artriti, sistemli lupus eritematozu, hipertireoz, şişlər və digər), keçirilmiş güclü stress nəticəsində.

Bəzən saçın tökülmə səbəbi düzgün qulluq olmayan zamanı baş verə bilər: saçqurudandan, qandal və plojeklardan həddindən artıq istifadə edəndə, tez-tez saçların işıqlandırması və boyaması.

Qadınlarda saç tökülmənin müalicəsi
Müalicəni başlamazdan əvvəl, diaqnostikanı keçib, problemin dəqiq səbəbini müəyyən etmək lazımdır, və hər bir konkret halın öz qərarı olmalıdır.

Daha dəqiq diaqnozu tapmaq üçün, çox güman ki, bunları etmək lazım olacaq:
– Trixoqramma;
– Qanın biokimyəvi analizi (zülal, lipid və karbohidrat mübadiləsinin rəyi);
– Vitamin, amin turşusu və orqanizmin mineral statusunu müəyyən etmək üçün qanın analizi;
– Mineral statusu qiymətləndirmək üçün saçın analizi.

Saçların müalicəsində istifadə oluna bilər:
– Qəbul etmək üçün dərman preparatları;
– Dərman kremləri və losyonlar;
– Lazer terapiyası;
– Başın dərisinin masajı;
– Müalicə şampunları və şaçın tökülməməsi üçün maskalar;
– Homeopatiya;
– Xalq vasitələri (ayıpəncəsi, gənəgərçək yağı, istiot və xardal maska)

Gununsesi.info





loading...