Silikon Vadisində işləyən şirkət rəhbəri biznesdə irəliləməsinin sirrini sarışın saçlarını şabalıdı rəngə boyamaqda və dikdaban ayaqqabı və kontakt linzadan imtina etməsində görür.
Gununsesi.info 30 yaşında, uğurlu şirkət rəhbəri olan Eileen Carey haqqında məlumatı təqdim edir.
O, eynək taxır, saçları şabalıdıdır.
Amma onun görünüşü hər zaman belə olmayıb.
“İlk dəfə saçlarımı bu biznesdə çalışan bir qadının məsləti ilə boyadım”, – o deyir.
Ona deyilib ki, investorlar saçı şabalıdı rəngdə olan qadınla işləməyə daha ürəkli olurlar.
Eileen deyir ki, onun saçları sarışın olanda, onu ziddiyyətli Theranos şirkətinin rəhbəri Elizabeth Holmes-a oxşadırlar.
“Saçımın şabalıdı olması mənim bir qədər yaşlı görünməyimə kömək edir, bu mənə lazımdır, çünki, onda məni daha ciddi qəbul edirlər”, – Carey deyir.
Onun Glassbreakers adlı şirkəti digər şirkətləri müxtəlifixtisaslı işçi qüvvəsinin diqqətini cəlb edən kompüter proqramları ilə təmin edir.
İşə götürmək üçün namizədlərlə aparılan söhbətlər zamanı Eileen, sarışın saçlarını qarabuğdayı rəngə boyamış digər qadınlarla rastlaşıb.
“Gəldiyimiz ümumi fikir belə olub ki, qadının sarışınlığı sanki, fetişə çevrilib, – o deyir. – Saçım sarı rəngdə olanda, barda mənə ilişənlərin olacağı ehtimalı daha yüksək olur. Ümumilikdə, bu, bütün sarışın qadınlara aiddir”.
“Mənim üçün, işlədiyim sahədə uğur əldə etməyin yolu özümə mümkün qədər daha az diqqət cəlb etməkdir, xüsusilə də, hər cür seksual səciyyəli diqqəti nəzərdə tuturam”, – Carey əlavə edir.
O, təkcə saçının rəngini nəzərdə tutmur.
Carey kontakt linza əvəzinə eynək taxır və bədəninə sıx oturmayan “kişisayağı” paltarlar geyir.
O, qeyd edir ki, kişilərin dominantlıq təşkil etdiyi iş mühitində, onun əvvəlki görünüşü kişilərin onunla flirt edəcəyi ehtimalını artırır.
Gununsesi.info