Sadə Azərbaycanlı ölkənin sabitliyini İlham Əliyevdə görür - Tahir Kərimli +FOTO

  • By admin
  • 23 Sentyabr 2016 12:30
tahir
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də  Sabirabad da pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Cəbrayıl rayonundan məcburi köçkün Kamilxan Rüstəmovanın çıxışında “mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm, görmək istəmirəm. Yaşım 70-ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri Prezident seçək” fikri sosial şəbəkələrdə ciddi müzakirə predmetinə və qınaq obyektinə  çevrilib.
Hadisədən  bir həftə vaxt keçməsinə baxmayaraq,  hələ də sosial şəbəkələrdə Kamilxan Rüstəmovanın çıxışına ciddi etriaz edir və hətta onun şəklini kollaj edirlər. Bir yaşlı azərbaycanlı qadının  söylədiyi fikrə görə belə qınaq obyektinə çevrilməsinin  nə qədər  düzgündür və demokratik dəyərlərə uyğundur deyə, millət vəkili Tahir Kərimliyə müraciət etdik.
Gununsesi.info-ya açıqlama verən millət vəkili Tahir Kərimli bildirdi ki, bunu yazan insanlar həmən yaşlı qadının dediyindən  nəticə çıxarmalıdırlar, daha onu qınaq obyektinə çevirməməlidirlər: “Niyə o, belə fikir işlədib. Fikrimə keçməzdən öncə onu da deyim ki, bir  demokratik cəmiyyətdə yaşadığımızdan hər bir insan öz fikrində azaddır və azad olduğu üçün də ürəyindən keçən fikri səsləndirə bilər. O baxımdan  son günlərdə yaşlı azərbaycanlı qadına qarşı sərgilənən  hücum dolu yazıları qəbul etmirəm və ümumiyytlə bunu anlaya bilmirəm. Axı ilk növbədə düşünməliyik ki,  bu qadın niyə o fikri səsləndirdi. Nəticə çıxarmadan başalyırıq ittiham etməyə ki, niyə sən belə fikir səsləndirirsən. Bu, birincisi… İkincisi, ona qarşı hücumlar  demokratik dəyərlərə və qanunun ziddir. Üçüncüsü, bu qadın ölkədə sabitliyi və özünün rifah halının yaxşı olacağını kimdə görürsə, o  şəxs  haqqında da fikrini səsləndirəcək və burada təəccüblü heç nə yoxdur. Çünki Azərbaycanın sadə statistik insanı  deyilənlərə yox, gördüyünə inanır. O baxımdan sadə Azərbaycan insanı real olaraq sabitliyi  İlham Əliyedə görür və ona görə də, bu fikri səsləndirib”- deyə, T.Kərimli vurğulayıb.
O əlavə edib ki, bu gün demokratiya adı altında bir çox ölkələri sözün əsl mənasında cəhənnəmə çevriblər: “Biz bu gün onun Şimali Afrika, Yaxın Şərq və bəzi keçmiş postsovet ölkələrində şahidi oluruq. Onu görən sadə insan da istəmir ki, Azərbaycanda belə bir cəhənnəm yaşansın. Mən bu insanın dediklərində  qeyri-adi heç nə yoxdur. Nə də ki, dediklərində yaltaqlıq və yararlanmaq  elementi yoxdur. Bu onun səmimi fikirləridir və öz fikirlərini dilə gətirib. Əksinə mən onu qınaq obyektinə çevirənləri qınayıram. Qoy o insanlar düşünsünlər ki, niyə bu qadın bü cür düşünür və arzulayır? Nə üçün özlərinin sabitliyi təmin edəcək liderləri yoxdur? Qoy birləşib özlərini toparlaya bilsinlər. Daha bir- biri ilə dava-qırğın aparmasınlar. Qoy bu deyilənlərdən nəticə çıxarsınlar”- deyə, millət vəkili bildirib.
ilham
Mürtəza
Gununsesi.info