Vergilər Nazirliyinin sifarişi ilə həbs edilən şair Saday Şəkərlinin işindən apellyasiya şikayəti verilib. Bu barədə Gununsesi.info-ya şairin vəkili Bəhruz Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətində Saday Şəkərliyə bəraət verilməsi istənilib: “Həmçinin, qanunvericiliyə edilən dəyişikliyə görə, ona elan olunan 182.3.2-ci maddə 182.2-yə tövsis olunmaldır. Çünki, yeni dəyişikliyə görə, 10 mindən yuxarı külli miqdar sayılır. Guya, Saday Şəkərli 10 min tələb etmişdi. Halbu ki, bu ittihamın özü də saxtadır”.