
Şair Saday Şəkərlinin işi üzrə Bakı Apellyasiya Məhkəməsində təyin olunan məhkəmə hazırlıq iclası təxirə salınıb. Bu barədə Gununsesi.info-ya şairin vəkili Bəhruz Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, buna səbəb şairin həbsxanadan müalicə müəssisəsinə köçürülməsi olub: “Müalicə müəssisəsindən bildirilib ki, onun səhhəti məhkəməyə getməyə imkan vermir”.