Şadlıq evini təmir edərkən yıxılıb öldü

Nərimanov rayonunda yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 36 yaşlı kişi yıxılaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info -ya bildirilib ki, hadisə yanvarın 29-da qeydə alınıb. 1988-ci il təvəllüdlü Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölüb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

 

Gununsesi.info