Şadlıq saraylarında toy zamanı ventilyator və sərinkeşlərdən istifadə qadağan edilib

  • By admin
  • 22 İyun 2021 19:34

Şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsi təmin olunmalıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər” də əksini tapıb.

Qeyd olunub ki, şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində ventilyator və sərinkeşlərdən istifadə edilməməlidir.

Gununsesi.info