Şagird imtahanların təxirə düşməsi üçün başqa şagirdi öldürdü

  • By admin
  • 08 Noyabr 2017 21:50


Hindistanın Quarqaon ştatında qandonduran hadisə verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “Ryan International” adlı məktəbdə 7 yaşlı Pradyamun Takur adlı şagird tualetdə boğazı kəsilmiş halda tapılıb.

Araşdırmalar nəticəsində uşağın həmin məktəbin 11-ci sinfində oxuyan başqa şagird tərəfindən qətlə yetirildiyi məlum olub. Onun imtahanların və valideynlər iclasının təxirə salınması üçün cinayət törətdiyi üzə çıxıb.

Adı açıqlanmayan həmin şagird saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info