Şagird qadın müəllimini ölümünə döydü -VİDEO

ABŞ-ın Florida ştatının Palm Coust şəhərindəki Matanzas liseyində qan donduran hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, sosial mediada paylaşılan məktəbin təhlükəsizlik kamerası görüntülərində 1,98 metr boyu və 122 kiloqram ağırlığında olan 17 yaşlı qaradərili şagirdin məktəb salonunda qadın müəllimə hücum etdiyi görülüb.

Videoda müəllimi yerə yıxan şagirdin daha sonra bədəninin müxtəlif nahiyələrindən təpiklə vurduğu və başına ən azı 15 yumruq zərbəsi endirdiyi əksini tapıb. Qısa müddətdə məktəbin digər işçiləri işə qarışaraq şagirdi kənara çəkiblər.

Məlumata görə, şagird sinifdə video oyun qurğusunu ondan götürdüyünə görə müəllimini huşunu itirənə qədər döyüb.

Şagird nəzarətə götürülüb. Müəllimin həyatına təhlükə olmadığı bildirilib.

Gununsesi.info