Şagirdini zorlamaqda ittiham edilən direktorun ailəsi - DANIŞDI

  • By admin
  • 16 Noyabr 2016 10:53

xdirektor-jpg-pagespeed-ic-v3ihracozm 

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli barəsində irəli sürülən zorlama ittihamı təsdiqini tapmayıb.

Gununsesi.info ölkə.az-a istinadən xəbər verir ki, bu barədə C.Tofiqlinin ailəsi məlumat verib. Saxlanılan şəxsin anası Məhluqə Tofiqlinin sözlərinə görə, oğlu dünən səhər saat 6-da hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılıb:

“Hələ direktor kimi təsdiqlənməmişdi, vəzifəsini icra edirdi. Orada zorlama məsələsi yoxdur. Ekspertiza da bildirib ki, zorlama olmayıb. O qız on birinci sinifdə oxuyur. Niyə belə etdiklərini soruşmaq istəyirik, bizi yaxına buraxmırlar. Halbuki o ailəylə get-gəlimiz var. Oğlum ailəlidir, iki övlad atasıdır. Onun belə etdiyinə inanmaq istəmirəm. Ekspertizanın rəyində də göstərilir ki, belə bir şey yoxdur”.

Xatırladaq ki, Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır. O, direktoru olduğu məktəbin şagirdlərindən birini zorlamaqda ittiham edilir.

Gununsesi.info