Şagirdlər məktəbə bu əşyaları gətirə bilməzlər

Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər.

Gununsesi.info xəbər verir ki, bu Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda öz əksini tapıb.

HTML tutorial

Layihədə qeyd olunur ki, şagird dərs zamanı sinif otağını/tədris məkanını tərk etməməsi üçün özü ilə məktəbə su gətirməlidir. Sağlamlıq problemləri olan şagirdlərə yemək və içmək ilə bağlı istisnalar tətbiq edilə bilər.

Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi bəndində göstərilir ki, qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.

Qaydalarda həmçinin bəzi əşyaların ümumi təhsil müəssisəsinə gətirilməsi qadağandır. Bura  kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr daxildir. Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi isə qanuna əsasən müəyyənləşdirilir

Gununsesi.info