“Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, bunun mərkəzləşmiş qərarla tənzimlənməsini düzgün hesab etmir:
“Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm” , – deyə nazir qeyd edib.
Gununsesi.info