ABŞ-ın Nyu-York ştatının Osveqa şəhərində hər il keçirilən GENİUS Olimpiadasında Kaspi liseyinin şagirdləri növbəti böyük uğura imza atıblar.
Gununsesi.org xəbər verir ki, şagirdlər adıçəkilən olimpiadada 3-ü qızıl, 3-ü bürünc olmaqla 6 medal qazanıblar. Bu il 17 – 21 iyun tarixləri arasında keçirilən olimpiadaya 79 ölkə və əlavə olaraq ABŞ-ın 40 əyalətindən olan 1400-dən çox şagird iştirak edib. 6 fərqli kateqoriyada yarışan şagirdlər qızıl, gümüş və bürünc medal uğrunda gərgin mübarizə aparıblar.
Kaspi liseyi bu yarışda robotika kateqoryasında 6 nəfərdən ibarət 2 komanda ilə iştirak edib. Olimpiyadada vətənimizi uğurla təmsil edən Kaspi liseyinin 2 komandasından biri bürünc, digəri isə qızıl medal qazanıb.
Qızıl medal qazanan şagirdlər:
1. Əzizağa Hüseynov – 10-cu sinif şagirdi
2. Əli Quluzadə – 10-cu sinif şagirdi
3. Əbülfəz Rəsulzadə- 8-ci sinif şagirdi
Bürünc medal qazanan şagirdlər:
1. Hüseyn Nadirov – 8-ci sinif şagirdi
2. Fərhad Süleymanzdə – 8-ci sinif şagirdi
3. Hüseyn Rəsulzadə – 9-cu sinif şagirdi
Gununsesi.org