Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır - SƏBƏB

  • By admin
  • 30 May 2017 14:00

592d3e673f007_1sms549445

İyul ayından etibarən uşaqların məktəbdə davamiyyəti barədə valideynlərə SMS-bildirişlərin verilməsi xidməti müvəqqəti dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata “Mobile Solutions&Marketing Technologies” şirkətindəki mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, xidmət yay tətili ilə əlaqədar dayandırılır.

Mənbə bildirib ki, məktəblərdə tədris ili iyunun 14-ü başa çatsa da, yekun imtahanların qiymətləri də elektron gündəliyə yazılacaq:

“Bununla əlaqədar olaraq xidmət iyunun sonunadək aktiv olacaq. Daha sonra xidmət yeni tədris ilinin başlanğıcınadək dayandırılacaq”.

Gununsesi.info