Şagirdlərdən telefonlar yığışdırılır? - Nazirdən açıqlama

  • By admin
  • 18 Fevral 2022 14:17

“Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, bunun mərkəzləşmiş qərarla tənzimlənməsini düzgün hesab etmir:

“Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm” , – deyə nazir qeyd edib.

Gununsesi.info