Şagirdləri döyən direktora töhmət verildi - VİDEO

  • By admin
  • 11 Yanvar 2022 11:53

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə Gununsesi.info-ya Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparılıb.

“Məktəbin müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, -deyə akı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.