Şagirdlərimiz Qazaxıstandan 4 medalla qayıtdıla - FOTO

  • By admin
  • 24 Yanvar 2017 16:30

MEDAL

Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XIII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadası keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, 18 ölkəni təmsil edən 400-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.

Fizika fənni üzrə “İstək” liseyinin şagirdləri Fərhad Allahverdiyev gümüş, Səbuhi Mikayılov bürünc, riyaziyyat fənni üzrə həmin liseydə təhsil alan Anar Abbaslı və Mirəli Əhmədli isə bürünc medal qazanıblar.

Anar

Gununsesi.info