Sağlam uşaq böyütmək istəyən cütlük körpəni aclıqdan öldürdü

  • By admin
  • 17 May 2017 12:41

korpe

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Belçikada sağlam uşaq böyütmək istəyən cütlük öz övladlarına uşaq yeməkləri əvəzinə müntəzəm şəkildə alternativ qidalar yedirib. Nəticədə onlar 7 aylıq körpələrinin aclıqdan ölməsinə səbəb olublar.

Təbii məhsullar istehsal edən bir şirkətin sahibi olan valideynlər körpəyə 3 aylığından sonra yalnız alternativ qidalar verib. Lukas adlı körpə 4 ay boyunca yalnız qarğıdalı südü, düyü südü, yulaf və qara buğda ilə bəslənib. Günlər keçdikcə çəki itirən körpənin vəziyyəti pisləşib və o, xəstəxənaya çatdırılarkən yolda həyatını itirib.

7 aylıq Lukasın ölümünə səbəb olan valideynlər dərhal nəzarətə götürülüb. Hakim Paskal Persons onların 18 ay müddətində həbs olunmasına hökm verib.

Gununsesi.info