
Hərəkətsiz qalmaq piylənmə başda olmaqla bir sıra sağlamlıq problemlərinə yol açır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Dünya Tibb Təşkilatı 2030-cu ilə qədər 500 min insanın bu səbəblə çeşidli xəstəliklər yaşayacağını təxmin edir.
Həll yolu isə nizamlı fiziki aktivlikdən keçir. Ekran başında daha uzun müddət keçirilir, qısa məsafələr üçün bir neçə vasitələr işlədilir, alış-veriş belə, internet üzərindən edilir.
Çağdaş yaşam tərzi insanların yükünü azaldır, ancaq hərəkətsizliyə yol açaraq bir çox sağlamlıq problemlərinə zəmin hazırlayır.
Dünya Tibb Təşkilatının açıqladığı bir hesabat da bunu təsdiqləyəcək ölçüdədir. 194 ölkədən toplanan data bilgilərinə əsasən hazırlana hesabata görə, önləm alınmazsa, qarşıdakı 8 ilədək 500 min insan hərəkətsizlik qaynaqlı çətinliklərlə qarşılaşacaq.