
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə mayın 18-dən iyunun 18-dək elan olunan İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsmanın Cəlilabad Regional MərkəziCəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə“Sağlamlığın qorunması hüququ” və “Narkotiksiz gələcək naminə” şüarı altında tədbir keçiriblər. Tədbirdə yerli idarə və müəssisələrin əməkdaşları, çoxsaylı gənclər iştirak ediblər.
Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov öncə 28 may – Respublika Günü münasibətilə Müvəkkilin təbrikini və xoş arzularını iştirakçılara çatdırıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur.
Həmin əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə, hər il olduğu kimi, bu il də Ombudsmanın təşəbbüsü ilə respublikamızda İnsan Hüquqları Aylığı elan olunub.
Qeyd olunub ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilən siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitar-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ təsbit edilib, Azərbaycan Respublikasının ali hüquqi qüvvəyə malik Konstitusiyasının 41-ci maddəsinin1-ci bəndində göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
Bu sahədə beynəlxalq və milli qanunvericilik barədə məlumat verilərək vurğulanıb ki, ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni və müasir standartlara cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, bu sahədə maarifləndirmə işinin aparılması, sağlam həyat tərzinin təbliği, habeləzərərli vərdişlərdən çəkinmək və xilas olmaq, HİV/AİDS və narkomaniya kimi bəşəriyyətin bəlasına çevrilmiş xəstəliklərə qarşı mübarizə tədbirləri əhalinin sağlamlının qorunması hüququnun təmin edilməsinin əsas komponentlərindən sayılır.
Bildirilib ki, bu gün Ombudsman insan hüquqları, o cümlədən sağlamlıq hüquqlarının təmini istiqamətində böyük işlər görür, onun fəaliyyətində narkomaniyaya qarşı mübarizə, HİV virusuna yoluxmuş və AİDS-dən əziyyət çəkən xəstələrin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə geniş yer verilir. Həyata keçirilən bu maarifləndirmə tədbirləri Müvəkkilin dəstəyi ilə Ombudsman Aparatının və Cəlilabad, Gəncə, Şəki və Quba regional mərkəzləri əməkdaşlarının iştirakı ilə bölgələr əhatə olunmaqla Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər əlaqəli qurumlarla əməkdaşlıqda il boyu davam etdirilir.
Z.İsmayılov Ombudsman tərəfindən sağlamlıq hüquqlarının qorunması, narkomaniya ilə mübarizə sahəsində müsbət dəyişikliyə töhfə verəcək təkliflərin irəli sürüldüyünü söyləyib.
Tədbirdə Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru E.Hüseynov müasir dünyadacəmiyyəti narahat edən problemlər sırasında ən faciəvi nəticələrə gətirib çıxaran narkomaniya ilə bağlı “Narkotiksiz gələcək naminə” mövzusunda çıxış edib. O, narkomaniya və narkobiznesin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynadığını vurğulamış və digər fəsadları barədə danışıb.
İştirakçılar insan hüquqları sahəsində görülən işlərə görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər.
Gülnaz Qənbərli
Gununsesi.info












