Məşhur Əfqanıstan siyasətçisi və hərbi komandiri Əhməd Şah Məsudun Pənçşirdə yerləşən məzar daşının “Taliban” silahlıları tərəfindən dağıdılması öz təsdiqini tapıb.
Məşhur Əfqanıstan siyasətçisi və hərbi komandiri Əhməd Şah Məsudun Pənçşirdə yerləşən məzar daşının “Taliban” silahlıları tərəfindən dağıdılması öz təsdiqini tapıb.
Yayılan yeni videoda Şah Məsudun məqbərəsinin daxilində olan bir qrup “Taliban” üzvünün sındırılmış məzar daşının ölçülərini götürdüyü və puştun dilində nəyisə müzakirə etdikləri əks olunub.
Mənbə iddia edir ki, talibançılar digər hərəkət üzvlərinin dağıtdıqları məzar daşının bərpa edilməsini müzakirə edirlər.
Belə ki, sözügedən vandallıq aktından sonra Əfqanıstan cəmiyyəti, həmçinin dünya ictimaiyyəti Şah Məsudun qəbrinin dağıdılmasını hiddətlə qarşılamışdı.
Mənbə: “Sputnik” Əfqanıstan