Şahbaz Quliyev özünü yandırmaq istədi

Uzun müddət erməni girovluğunda qalan Şahbaz Quliyev yenidən etiraza qalxıb.

Gununsesi.info xəbər verir ki, o, pensiya təyin edilməməsindən növbəti dəfə narazılıq edib.

HTML tutorial

Daha sonra isə özü ilə gətirdiyi yanacağı çıxararaq, üstünə tökməyə çalışıb. Bu zaman isə polis əməkdaşları dərhal müdaxilə edərək, onun əlindən yanacaq dolu butulkanı alıblar.

Ş.Quliyev yenidən görüş üçün nazirliyə aparılıb.

Qeyd edək ki, dəfələrlə Ş.Quliyevə pensiya ilə bağlı izahat verilsə də, o, xüsusi istisna istəyir.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info