Bakı Şəhər Baş Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı “Qanun” nəşriyyatına axtarış aparıb. Gununsesi.info-nun məlumatına görə, bu haqda nəşriyyatın sahibi Şahbaz Xuduoğlu öz Facebook səhifəsində yayıb. O, polislərin ona ofisdə bomba olduğunu bildirdiyini yazıb: ” Bakı şəhər Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra “Qanun” nəşriyyatının binasına soxulmuşlar. Deyirlər ki, burda bomba var. Əgər nəşriyyatdan silah və qanundankənar nəsə tapılsa, bilin ki, bunun məsuliyyəti Bakı şəhər Polis İdarəsinin üzərindədir” – deyə Şahbaz Xuduoölu Facebook səhifəsində yazıb. Bu dəqiqələrdə Ş.Xuduoğlunun profilində yazdığına görə, polislər, mühafizəçinin telefonunu və girliş qapının açarının götürüb, nəşriyyatın binasının ətrafında 3 yerdə polis postu qurublar.
Gülnaz Qənbərli