Şahbaz Xuduoğlu: “Oğrular seyfdə pulun olduğunu dəqiq bilib “ - FOTOLAR

  • By admin
  • 29 Sentyabr 2016 11:05

qanun

Paytaxın Nəsimi rayonunda  yerləşən Qanun nəşr evidnən oğurluq.

Gununsesi.info-ya məlumat verən çap evinin rəhbəri hadisədən səhər saatlarında xəbər tutduğunu deyir. Müəssənin rəhbəri Şahbaz Xuduoğlu işə gələn kimi ilk olaraq kamera görüntülərinə baxıb. Sözü gedən hadisəni törədən şəxlər təhlükəsizlik kameralarına anba – an düşüblər. Oğrular içəri daxil olduqdan sonra elektrik şəbəkəsindən işıqları söndürüblər. Oğurluq hadisəsi ilə əlaqədar dərhal Nəsimi rayon polis idarəsinə məlumat verilib. Nəşriyyata baxış keçirən polis və kriminal ekspertlər oradan barmaq izləri götürüblər. Sözü gedən mətbəədə işləyən işçilərin izahatları alınıb.Şahbaz Xuduoğlu deyir ki,  “Qanun”un əsas qapısı açılmışdı, mühasibatlığın qıfılı sındırılmışdı, şkaflar ələk-vələk edilmişdi. Ən üst mərtəbənin damından tavan dağıdılmış, “Əli və Nino”nun seyfi yarılmışdı. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılmışdı. Daha bir qapıya lom salınmışdı. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalamışdılar. bəlli oldu ki, bizim kassadan 3 mindən çox pul aparılıb, “Əli və Nino”dan isə 213 manat 20 qəpik.  Oğurluq hadisəsində baş vermiş maraqlı məqamlardan biri isə hadisənin məhz 27 sentyabr tarixində olmasıdı. Bəli həmin 27 sentyabr ki ötən ildə məhz bu tarixdə Qanun nəşr evində anoloji hadisə  baş verib. Məətbənin rəhbəri Şahbaz Xuduoğlu ilk oğurluğu törədənlərdən hələ də bir xəbər olmadığını deyir. Naməlum şəxslərin içi pulla dolu seyf otagına necə girməsinə gəlincə. Sözü gedən oğrular dəhlizdə olan ayaq altıdan istifadə edərək tavana çıxıblar daha sonra isə məqsədlərinə çatıblar.

Zərərçəkən Şahbaz Xuduoğlu bildiri ki, hadisənin baş verdiyi gün mətbəəyə satışdan pul daxil olub. Güman edirik ki, kimsə pulun olduğunu dəqiq bilib. Artıq məsələ ilə bağlı Nəsimi rayon polis idarəsində və Bakı şəhər baş polis idarsəində araşdırma aparılır. Ümid edirik bu dəfə “Qanun”dan edilən oğurluqa qanun çərçivəsində qiymət veriləcək.

qanun1 qanun1

qanun2

Gununsesi.info