“Şahdəniz-2” layihəsində 7 min işçinin 3 mini qalacaq?

  • By admin
  • 01 Avqust 2016 09:07

mirvari-qehremanli3-300x200

Ölkə iqtisadiyyatının hazırkı ağır durumu bir çox sektorlarda ixtisarlar və insanların kütləvi şəkildə işdən çıxarılmalarıyla daha da çətinləşir. Manatın dollar qarşısında hər gün dəyər itirməsi bir çox iri müəssisələrin bağlanmasına gətirib çıxarıb. Özəl sektor tənəzzül edir, dövlət sektorunda isə vəziyyət günü-gündən ağırlaşır.

Neftin qiymətinin hazırkı şəraitində bu sektordakı vəziyyət də qənaətbəxş deyil. Redaksiyamıza daxil olan məlumata görə,  iri neft layihələrində də vəziyyət mənfiyə doğru gedir. Sentyabrda daha bir ixtisarlar dalğası gözlənilir. Bu da “Şahdəniz-2″ layihəsində çalışanlarla bağlıdır. Məlumata görə, bu layihə çərçivəsində fəaliyyət göstərən 7 min nəfər işçinin 4 mini ixtisar olunacaq.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı“Azadlıq”a açıqlamasında belə bir informasiya almadıqlarını söyləyir. Hüquq müdafiəçisi deyir ki,  əslində, layihədə ixtisar qeyri-mümkündür:

“Lakin layihə mərhələli şəkildə baaş çatdıqca, müəyyən işlər yekunlaşdıqca, işçilərin ixtisarı gözlənilir. Lakin 4 min işçinin kütləvi şəkildə ixtisar olunacağı yolverilməzdir”.